
"Beşiktaş" futbolçusunu Serbiyaya göndərdi
0
"Beşiktaş"ın futbolçusu Yakup Arda Kılıç karyerasını Serbiyada davam etdirəcək.
Sportal.az xəbər verir ki, İstanbul nəhəngi 20 yaşlı vingeri "Novi Pazar"a icarəyə verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Gənc oyunçu 2025/2026 mövsümünü Super Liqa təmsilçisinin heyətində keçirəcək.
Qeyd edək ki, Yakup Arda Kılıç "Beşiktaş"ın yetirməsidir. Türkiyə U-19 millisinin üzvü "qara qartallar"ın əsas komandasının heyətində 4 rəsmi matçda meydana çıxıb.