Almaniya millisinin üzvü "Real"a keçir

Almaniya millisinin üzvü "Real"a keçir

 
0

"Ştutqart"ın yarımmüdafiəçisi Anjelo Ştiller karyerasını İspaniya La Liqasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Real" almaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

La Liqa nəhəngi Almaniya millisinin üzvü ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. "Ştutqart" oyunçusu üçün 60 milyon avro tələb edir.  "Real"ın bu məbləği ödəməyə hazır olduğu bildirilir.

Qeyd edək ki,  "Ştutqart" Anjelo Ştilleri 2023-cü ilin yayında "Hoffenhaym"dan transfer edib. 24 yaşlı dayaq yarımmüdafiəçisi başa çatan mövsümdə Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 47 rəsmi matçda 4 qol və 11 məhsuldar ötürmə ilə yaddda qalıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.