
AFFA-da “CBC Sport”un şərhçiləri ilə görüş keçirildi
0
AFFA-nın inzibati binasında Misli Premyer Liqasının yayım hüququna malik olan “CBC Sport” kanalının şərhçiləri ilə yeni oyun qaydaları ilə bağlı görüş keçirilib.
Sportal.az xəbər verir ki, görüşdə AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker, AFFA Hakimlər Departamentinin rəhbəri Ömər Paşayev və FIFA dərəcəli hakim Əliyar Ağayev iştirak ediblər. Onlar qaydalarda və təlimatlarda edilən dəyişikliklər haqqında məlumat veriblər.
Daha sonra Frank De Bleker şərhçilərin suallarını cavablandırıb.