
“Zirə” – “Turan Tovuz” oyununun köməkçi hakimi dəyişdirildi
0
Misli Premyer Liqasının XXXIII turu çərçivəsində bu gün keçiriləcək “Zirə” – “Turan Tovuz” oyununun hakimlər briqadasında dəyişiklik olub.
Sportal.az AFFA-ya istinadən xəbər verir ki, köməkçi hakim Namik Hüseynovun səhhətində problem yarandığı (yüksək hərarət) üçün onu Teymur Teymurov əvəz edib.
Qeyd edək ki, Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.



