Zamiq Əliyev oynadı, komandası 3 qolla qalib gəldi

Zamiq Əliyev oynadı, komandası 3 qolla qalib gəldi

 
0

Futbol üzrə Albaniya çempionatında 15-ci turun görüşləri keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatia" doğma meydanda "Elbasani"ni qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Zamiq Əliyev də bu oyunun iştirakçısı olub. 23 yaşlı mərkəz müdafiəçisi matça start heyətində başlayıb. O, 67-ci dəqiqədə əvəzlənib.

Xallarını 26-ya yüksəldən "Eqnatia" turnir cədvəlinin 2-i pilləsində qərarlaşıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...