Yeni tranfer zədələndi -    mövsümün sonuna qədər oynamayacaq

Yeni tranfer zədələndi - mövsümün sonuna qədər oynamayacaq

 
0

Niderlandın "Ayaks" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Amsterdam təmsilçisinin müdafiəçisi Aleksandr Zinçenko sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Zinçeko ölkə çempionatının 23-cü turunun "Fortuna" ilə matçında (4:1) dizindən zədə alıb. 29 yaşlı sol cinah müdafiəçisi əməliyyat olunacaq. O, mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, "Ayaks" Aleksandr Zinçenkonu fevralın 1-də "Arsenal"dan icarəyə götürüb. Təcrübəli futbolçu komandanın heyətində 2 oyunda 20 dəqiqə meydanda olub.

PaylaşPaylaş

Şərhlər yüklənir...