
"Ya artıq əsəbləri dözmür, ya da bunu futbolçuları "silkələmək" üçün edir" - Qurban Qurbanovun tez-tez əsəbiləşməsi barədə
0
Ölkə futbolunun parlaq siması olan Qurban Qurbanov tək məşqçilik bacarığı ilə deyil, həm də səbirli davranmağı, təmkinli xarakteri ilə seçilib hər zaman. Lakin son vaxtlar onun tez-tez əsəbiləşdiyini müşahidə edirik.
Sportal.az xəbər verir ki, bununla bağlı "Futbolumuz"da müzakirələr aparılıb. Verilişin eksperti Emin Abbasov bunun futbolçulara təsir vasitəsi kimi atılan addım ola biləcəyini də istisna etməyib.



