
Xorvatiya klubu "Zirə"nin futbolçusu ilə maraqlanır
0
"Zirə"nin müdafiəçisi Anje Mutsinzinin xidmətində maraqlı olan klublar var.
Sportal.az saytına verilən məlumata görə, 28 yaşlı futbolçu Xorvatiyanın “Varajdin” klubu ruandalı futbolçunu yaxından izləyir.
Onun karyerasını bu ölkədə davam etdirib-etdirməyəcəyi hələ ki dəqiq deyil. Amma xorvatlar mövsümün sonunda onun transferi və ya icarəyə götürülməsi üçün cəhd göstərəcək.
Mutsinzini “Zirə” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, 2024-cü ilin avqust ayında Norveçin “Jerv” klubundan “Zirə”yə keçib.
Buna qədər isə Anj “Muhanqa”, “Rayon Sports”, APR(hamısı Ruanda), “Trofense”(Portuqaliya) klublarında çıxış edib.



