
"Xankəndi"dən "Göygöl"ə 3 cavabsız qol
0
Futbol üzrə Azərbaycan II Liqasında IX turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, bu gün "Xankəndi" "Palms Sports Futbol Mərkəzi"ndə "Göygöl"ü qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 24-ə yüksəldən "Xankəndi" zirvəsində qərarlaşıb. 7 xalı olan "Göygöl" isə 9-cu yerdədir.
"Xankəndi" - "Göygöl" 3:0
Qol: S.Ağayev, 5, H.Hüseynli, 32, B.Teymurov, 58



