
Volkan Demirel 3 ay əvvəl ayrıldığı kluba qayıtdı
0
Türkiyənin "Gənclərbirliyi" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, Ankara təmsilçisini Volkan Demirel çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
44 yaşlı mütəxəssislə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Volkan Demirel 2025-ci ilin 7 dekabr tarixində "Gənclərbirliyi"dən ayrılmışdı.



