
"Vinisius bəzən konsentrasiyasını itirir, amma o, əla insandır"
0
Toni Kroos hesab edir ki, Vinisius Junior bəzən təzyiqin təsiri altında qalır.
Sportal.az xəbər verir ki, "Real"ın sabiq yarımmüdafiəçisi açıqlamasında bunları qeyd edib:
"Onun necə inkişaf etdiyini görmək gözəldir. Bəzən oyuna olan konsentrasiyasını itirir, amma insan kimi əladır. Ona rəqiblər, yad azarkeşlər təzyiq edir... O, gəncdir və bunun öhdəsindən daha yaxşı gələ bilərdi".



