
Vaqif Cavadov Belçika klubunda
0
“Sumqayıt”ın əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Vaqif Cavadov Belçikaya yollanıb.
Sportal.az xəbər verir ki, gənc mütəxəssis PRO kateqoriyalı məşqçilik kursları çərçivəsində biliklərini artırmaq üçün yerli “Vesterlo” klubunu seçib.
I Liqa təmsilçisinin düşərgəsində təcrübə keçən Cavadov həm əsas komandanın, həm də akademiyanın məşqlərini yaxından izləyib.
O, komandanın bir sıra rəsmiləri ilə görüşərək fikir mübadiləsi aparıb.



