
Ulduz futbolçunun aşpazı onu məhkəməyə verdi - artıq işlədiyinə görə
0
Braziliyalı futbolçu Neymarın aşpazı futbolçunu məhkəməyə verib.
Sportal.az xəbər verir ki, iddia ərizəsində qadın bildirir ki, o, "Santos" ulduzunun Mangaratiba şəhərində yerləşən malikanəsində gündə 16 saata qədər işləyib və bu, müqavilə şərtlərinə uyğun olmayıb. Qadın orta hesabla gündə 14 saatdan çox işlədiyini bildirir.
Qadının sözlərinə görə, bəzən iş günü saat 23:00-a, hətta gecə yarısına qədər davam edirdi. Həmçinin o, bəzən Neymarın dostları da daxil olmaqla 150 nəfər üçün yemək hazırlamalı olurdu.
Aşpaz Neymar və podratçı şirkətdən 43 min avro tələb edir.



