
UEFA "Yuventus"u cəzalandıra bilər - maliyyə məsələlərinə görə
0
“Yuventus” maliyyə feyr-pley qaydalarını pozmaqda ittiham olunur. Bu barədə Turin klubu öz maliyyə hesabatında məlumat yayıb.
Sportal.az xəbər verir ki, klubun bəyanatında bunlar qeyd olunub:
“Maliyyə feyr-pley göstəricisinə gəlincə, 18 sentyabr tarixində klub UEFA-dan 2022/2023 mövsümündən 2024/2025 mövsümünə qədər olan üçillik dövr ərzində bu göstəricinin mümkün şəkildə aşılması ilə bağlı işin açılması barədə bildiriş alıb. Bu araşdırmanın nəticələri 2026-cı ilin yazında gözlənilir. Həmin proses zamanı UEFA-nın iqtisadi və maliyyə göstəriciləri çərçivəsində klubun cari və gələcək illər üçün fəaliyyət proqnozları da nəzərə alınacaq.
Nəticədə klub maliyyə sanksiyaları ilə və həmçinin idman məhdudiyyətləri ilə üzləşə bilər".



