UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişmədi

UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişmədi

 
0

Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib.

Sportal.az xəbər verir ki, ötən gün Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda "Lion"a (Fransa) 1:4 hesabı ilə məğlub olan "Qarabağ" ölkənin əmsalına fayda verə bilməyib.

Buna baxmayaraq, Azərbaycan 19.625 əmsalla 27-ci yerdə qalıb. Reytinq cədvəlində 26-cı pillədə Rumıniya (20.375) qərarlaşıb.

Qeyd edək ki, 55 ölkənin yer aldığı siyahıya İngiltərə (97.035) başçılıq edir.

PaylaşPaylaş

Şərhlər yüklənir...