Türkiyə millisinin qapıçısı İspaniyaya yollana bilər

Türkiyə millisinin qapıçısı İspaniyaya yollana bilər

 
0

Türkiyə millisinin və “Trabzonspor”un qapıçısı Uğurcan Çakır karyerasını İspaniyada davam etdirmək imkanına sahibdir.

Sportal.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, 28 yaşlı futbolçuya La Liqada mübarizə aparan “Malyorka” Çakırı transfer etməyi planlaşdırır.

Hazırda Primeroda 7-ci pillədə yer alan klub “Trabzonspor”a 6 milyon avro təklif edib. Uğurcanın Qaradəniz təmsilçisi ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

O, 2014-cü ildən “Trabzonspor”un qapısını qoruyur.

PaylaşPaylaş

Şərhlər yüklənir...