Türkiyə millisində baş məşqçi istefası

Türkiyə millisində baş məşqçi istefası

 
0

21 yaşadək  futbolçulardan ibarət Türkiyə millisinin baş məşqçisi Gökhan Gönül ayrılıqq qərarı verib.

Sportal.az xəbər verir ki, 40 yaşlı  mütəxəssis öz istəyi ilə  istefa verib. Bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.

Türk məşqçinin karyerasında yeni səhifə açmaq istədiyi üçün  millidən ayrıldığı qeyd olunub.

Qeyd edək ki, Gökhan Gönül 2024-cü ilin sentyabr ayında Türkiyə U-21 yığmasının baş məşqçisi vəzifəsinə təyin olunmuşdu.

PaylaşPaylaş

Şərhlər yüklənir...