
Türkiyə klubunun yeni baş məşqçisi açıqlandı
0
Türkiyənin "Alanyaspor" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisini Joao Pereyra çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı mütəxəssislə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Joao Pereyranın son iş yeri Lissabon "Sportinq"i olub. "Alanyaspor" isə bir neçə gün öncə Sami Uğurlu ilə yollarını ayırıb.



