"Turan Tovuz"un hücumçusu: "Mətbuatdan oxuyuram ki, "Şəfa"nın mənə marağı var"

"Turan Tovuz"un hücumçusu: "Mətbuatdan oxuyuram ki, "Şəfa"nın mənə marağı var"

 
0

"Turan Tovuz"un hücumçusu Orxan Əliyev Sportal.az saytına açıqlama verib. Uzun müddətdir ki, adı "Şəfa" ilə hallanan forvardın yeni mövsümə bu klubda başlayıb-başlamayacağı ilə bağlı danışıb.

"Mənim "Turan Tovuz"la müqaviləm var. Bəli, bir illik anlaşmamz hələ davam edir. Necə olacağını isə zaman göstərəcək. "Şəfa" məsələsinə gəlincə, mətbuatdan oxuyuram ki, onların mənə marağı var. Lakin "Şəfa"dan da mənə rəsmi təklif gəlməyib".

Qeyd edək ki, 29 yaşlı futbolçu yanvarda "Kəpəz"dən "Turan Tovuz"a keçib. Onun Qərb təmsilçisi ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

PaylaşPaylaş

Şərhlər yüklənir...