
"Turan Tovuz" doğma meydana qayıdır - RƏSMİ
0
Peşəkar Futbol Liqası tərəfindən Tovuz şəhər stadionunun qazonunda aparılmış yenidənqurma işləri təftiş olunub.
Sportal.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.
Keçirilmiş test oyununun nəticələrinə əsasən "Turan Tovuz" klubunun ev oyunlarının 12 apreldə nəzərdə tutulmuş "Sumqayıt"a qarşı matçdan etibarən Tovuz şəhər stadionunda keçirilməsinə qərar verilib.



