
"Trabzonspor" gənc futbolçusu üçün 50 milyon avro tələb edir
0
"Trabzonspor" Avropanın bir çox klubunun transfer siyahısında yer alan Krist İnao Ulainin qiymətini müəyyənləşdirib.
Sportal.az xəbər verir ki, Super Liqa nəhəngi Fil Dişi Sahili millisinin üzvünə 50 milyon avro qiymət qoyub. Bu barədə "NTV Spor" məlumat yayıb.
Klub Uali üçün bundan aşağı gələn təklifləri dəyərləndirməyəcək. Türkiyə klubu bu yaxınlarda "Atalanta"nın 19 yaşlı yarımmüdafiəçi üçün göndərdiyi 30 milyon avroluq təklifi rədd edib.
Qeyd edək ki, "Trabzonspor" mövsümün əvvəlində "Bastiya"dan 5,5 milyon avroya transfer edib. Gənc futbolçu Qara Dəniz təmsilçisinin heyətində meydana çıxdığı21 rəsmi matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.



