Tanınmış futbolçu Türkiyə klubundan imtina etdi, ABŞ-da qalacaq

Tanınmış futbolçu Türkiyə klubundan imtina etdi, ABŞ-da qalacaq

 
0

Cənubi Koreya millisinin və "Los-Anceles”in üzvü Son Hın Min Avropa klublarının təklifini geri çevirib.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, asiyalı İtaliya, İngiltərə və Türkiyə klublarından gələn dəvətləri qəbul etməyib.

Onun xidmətində "Fənərbaxça", "Komo" və "Vulverhempton" maraqlı olub.

Lakin Son ABŞ klubunda qalmağa üstünlük verib.

Onun “Los-Anceles”lə müqavilə müddəti 2027-ci il sonuna qədərdir.

PaylaşPaylaş

Şərhlər yüklənir...