"Sumqayıt"ın legioneri Qvatemalaya qarşı oynayacaq

"Sumqayıt"ın legioneri Qvatemalaya qarşı oynayacaq

 
0

"Sumqayıt"ın yarımmüdafiəçisi Ronaldo Vaskes Dominikan Respublikası millisinə dəvət alıb.

Sportal.az xəbər verir ki, bu barədə Sumqayıt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Dominikan Respublikası dünya çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 7-si və 11-də müvafiq olaraq Qvatemala və Dominika ilə qarşılaşacaq.

Marselo Nevelefin yetirmələri daha sonra Şimali və Mərkəzi Amerika ölkələrinin iştirakı ilə keçirilən "CONCACAF Gold Cup" turnirində iştirak edəcək. A qrupunda yer alan Dominikan Respublikası iyunun 15-də Meksika, 19-da Kosta Rika, 23-də isə Surinamla qarşılaşacaq.

PaylaşPaylaş

Şərhlər yüklənir...