Simeone "Tottenhem"in kapitanını "Atletiko"ya gətirmək istəyir

Simeone "Tottenhem"in kapitanını "Atletiko"ya gətirmək istəyir

 
0

"Tottenhem"in kapitanı Kristian Romero karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Atletiko" argentinalı müdafiəçini transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Atletiko" Romeronun xidmətində maraqlıdır. Madrid klubunun baş məşqçisi Dieqo Simeonu hemyerlisini komandasında görmək istəyir. 27 yaşlı mərkəz müdafiəçisi özü yayda klubundan ayrılmaq qərarı verib.

Qeyd edək ki, Kristian Romero 2021-ci ilin yayından "Tottenhem"də çıxış edir. Argentina millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...