Səfərdə məğlub olmayan "Bayer"dən rekord

Səfərdə məğlub olmayan "Bayer"dən rekord

 
0

"Bayer" Bundesliqada səfər oyunlarında yeni tarix yazıb.

Sportal.az xəbər verir ki, baş məşqçisi Xabi Alonso ilə son matçına çıxan komanda ardıcıl 34 səfər matçında məğlub olmayaraq "Bavariya"nın rekordunu geridə qoyub: 34 oyun - 23 qələbə - 11 heç-heçə.

Son turda "Bayer" səfərdə "Maynts"la 2:2 hesablı heç-heçə edib və bu nəticə rekord seriyanı tamamlayıb.

Bu göstərici ilə Leverkuzen təmsilçisi "Bavariya"nın əvvəlki rekordunu (33 oyun) rəsmi şəkildə qırıb.

Mövsüm yekunu:

"Bayer" – 69 xal, 2-ci yer

"Bavariya" – 82 xal, 1-ci yer

PaylaşPaylaş

Şərhlər yüklənir...