Saşa İliçdən 1:5 şərhi:    "Belə oyunlarda nəticə önəmli deyil"

Saşa İliçdən 1:5 şərhi: "Belə oyunlarda nəticə önəmli deyil"

 
0

"Sumqayıt" Antalya toplanışı çərçivəsində bu gün keçirdiyi yoxlama oyununda Macarıstanın "Pakş" klubuna 1:5 hesaı ilə uduzub.

Sportal.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Saşa İliç matçdan sonra klubun mətbuat xidmətinə açıqlama verib. Serbiyalı  mütəxəssis bu cür oyunlardan nəticənin vacib olmadığını deyib:

“Belə oyunlarda nəticə önəmli deyil. Yoldaşlıq görüşlərində bu bizi narahat etmir. Meydanda kifayət qədər gənc futbolçu var idi. Əsasən fərdi səhvlərdən sonra qollar buraxdıq. Bunun üzərində işləyəcəyik. 4–5 gündür məşq edirik. Gənclərə təcrübə lazımdır və biz onlara bu imkanı veririk. Bəzi legionerlər komandaya daha gec qoşulublar və optimal formada olduqlarını demək hələ tezdir”.

PaylaşPaylaş

Şərhlər yüklənir...