"Şamaxı"nın legioneri Tunisə qarşı oynadı, komandası pley-offa vəsiqə qazandı

"Şamaxı"nın legioneri Tunisə qarşı oynadı, komandası pley-offa vəsiqə qazandı

 
0

Tanzaniya milli komandası Mərakeşin ev sahibliyi etdiyi futbol üzrə Afrika Millətlər Kubokunda pley-offa yüksəlməyi bacarıb.

Sportal.az xəbər verir ki, "Şamaxı"nın legioneri Alfons Msanqanın şərəfini qoruduğu yığma qrupdakı 3-cü turda Tunislə 1:1 oynayıb.

Bunun sayəsində Msanqanın komandası ən yaxşı 3-cü kimi pley-off mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, "Şamaxı"nın futbolçusu Nigeriya, Uqanda və Tunislə görüşlərdə meydana start heyətində çıxıb, sona qədər də oynayıb.

Tanzaniya pley-offda ev sahibi Mərakeşlə qarşılaşacaq. Görüş yanvarın 4-də keçiriləcək.

PaylaşPaylaş

Şərhlər yüklənir...