"Şamaxı" AFFA-ya müraciət etdi, "yox" cavabı aldı -    sponsorsuz kluba güzəşt etmədilər

"Şamaxı" AFFA-ya müraciət etdi, "yox" cavabı aldı - sponsorsuz kluba güzəşt etmədilər

 
0

AFFA tərəfindən "İmişli" və "Karvan-Yevlax" klublarına edilən güzəştdən sonra "Şamaxı" da oxşar müraciətlə federasiyanın "qapısını döyüb". "Şamaxı" I Liqadan gələn klublar kimi yox, yalnız əvəzedicilər liqasında iştirakdan azad olunmağa güzəşt istəyib.

Sportal.az-ın əldə etdiyi məlumata görə, AFFA "Şamaxı"ya "yox" cavabı verib. Federasiya "Qəbələ"nin də eyni istəyini geri çevirib.

Qeyd edək ki, AFFA qarşıdakı mövsüm "İmişli" və "Karvan-Yevlax" klublarını əvəzedicilər liqası, U-19, U-17, U-16 Liqasında iştirakdan azad edib.

PaylaşPaylaş

Şərhlər yüklənir...