Salah Messi ilə komanda yoldaşı ola bilər

Salah Messi ilə komanda yoldaşı ola bilər

 
0

"Liverpul"dan ayrılacağını açıqlayan Məhəmməd Salah karyerasını ABŞ-də davam etdirə bilər.

Sportal.az xəbər verir ki, Lionel Messinin formasını geyindiyi "İnter Mayami" misirli vingerin xidmətində maraqlıdır. Bu barədə "Independent" nəşri məlumat yayıb.

MLS təmsilçisi yaxın vaxtlarda 33 yaşlı futbolçu ilə danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, Məhəmməd Salah cari mövsümdə "Liverpul"un heyətində meydana çıxdığı 34 rəsmi matçda 10 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...