
Şahruddin Məhəmmədəliyev tənqidlərlə bağlı paylaşım etdi: "Qəlbim hər zaman Azərbaycanladır"
0
Azərbaycan millisinin qolkiperi Şahruddin Məhəmmədəliyev Azərbaycan dilində səlis danışa bilməməsinə görə tənqid olunmasına münasibət bildirib.
Sportal.az xəbər verir ki, "Qarabağ"ın qapıçısı bununla bağlı sosial şəbəkə hesabında paylaşım edərək belə yazıb:
"Allaha həmd olsun ki, mən Azərbaycanda yaşayıram. Qalib bir ölkəni təmsil etdiyim üçün xoşbəxtəm. Dili tam mükəmməl bilməsəm də, qəlbim hər zaman Azərbaycanladır".


