
"Sabit və uğurlu olmaq üçün 3-4 il kifayət deyil" - "Rubin"in sabiq baş məşqçisi "Qarabağ"ın uğurlarından danışdı
Rusiyalı mütəxəssis Rinat Bilyaletdinov “Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsinə ilk iki matçda qalib gələrək uğurlu başlaması haqda fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, “news.ru” saytına açıqlama verən təcrübəli məşçi Ağdam klubunun uzun illərdir uğurlu nəticələr qazanmasından bəhs edib:
“Qarabağ” illərdir ki, cəhdlər edir və bəzən uğur qazanır. Onlar “Bayer”i (Leverkuzen) məğlub etdilər (əslində “Qarabağ” heç-heçə etmiş və məğlub olmuşdu -red) və “Atletiko”dan ( Madrid) xal aldılar. Sabit və uğurlu olmaq üçün üç-dörd il kifayət deyil. Birincisi, ölkə daxilində ictimai rəy müəyyən etməlidir ki, bu uğurlar ciddi və uzunmüddətlidir. İkincisi, əcnəbi oyunçular vasitəsilə əldə edilən istənilən uğur daimi deyil. Öz oyunçularına güvənməlidirlər. Pul hər şeyi məhv edə bilər”.
68 yaşlı mütəxəssis “Rubin”, “SKA-Xabarovsk”, “Ximki” klublarını çalışdırıb.