Sabiq komanda yoldaşı Messinin baş məşqçisi təyin olundu -    RƏSMİ

Sabiq komanda yoldaşı Messinin baş məşqçisi təyin olundu - RƏSMİ

 
0

Lionel Messinin formasını geyindiyi "İnter Mayami"nin yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, MLS təmsilçisini Xavyer Maskerano çalışdıracaq. Bu barədə ABŞ klubunun mətbuat xidməti məlumat yayıb.

Argentinalı mütəxəssislə 2027-ci ilin sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Xavyer Maskerano Argentina millisi və "Barselona"da Lionel Messi ilə komanda yoldaşı olub. 40 yaşlı məşqçi Argentinanın U-20 yığmasına rəhbərlik edir. O, ilin sonunda müqaviləsi başa çatdıqdan sonra "İnter Mayami"yə qoşulacaq.

PaylaşPaylaş

Şərhlər yüklənir...