
"Sabah"ın "Kəpəz", "Zirə"nin "Turan Tovuz" qarşısında üstünlüyü
Misli Premyer Liqasında XXI turun 5 görüşü keçiriləcək. Tur üç günü əhatə edəcək.
Sportal.az Peşəkar Futbol Liqasına istinadən üz-üzə gələcək cütlərin ölkə çempionatları tarixindəki əvvəlki oyunlarının balansını təqdim edir.
Misli Premyer Liqası
XXI tur
20 fevral (cümə)
“Turan Tovuz” – “Zirə” – 13 oyun, +3=3-7, top fərqi 10-16
“Zirə” son 5 qarşılaşmada qol buraxmayıb. Son 5 görüşdə ikidən çox qol olmayıb.
“Sumqayıt” – “Qəbələ” – 48 oyun, +9=14-25, top fərqi 39-71
“Sumqayıt” son 5 görüşdə uduzmayıb. “Qəbələ” son 4 matçda qol vurmayıb.
21 fevral (şənbə)
“Karvan-Yevlax” – “Araz-Naxçıvan” – 1 oyun, +0=0-1, top fərqi 1-2
Hər iki komanda qol vurub. “Araz-Naxçıvan” ev qələbəsi qazanıb.
22 fevral (bazar)
“İmişli” – “Şamaxı” – 1 oyun, +0=0-1, top fərqi 0-1
“İmişli” qol vurmayıb. “Şamaxı” xal itirməyib.
“Sabah” – “Kəpəz” – 13 oyun, +8=3-2, top fərqi 31-16
“Kəpəz” son 7 oyunda qol vurub. Gəncə klubunun son 3 ev matçında 4 və ya daha çox qol olub.



