
“Sabah”ın kapitanı məktəblilərlə görüşdü
0
“Sabah”ın kapitanı Amin Seydiyev Masazırda yerləşən 5 nömrəli orta məktəbin qonağı olub.
Sportal.az xəbər verir ki, məktəblilər futbolçu ilə görüşü böyük maraqla qarşılayıblar. Tədbirdə 200-ə yaxın məktəbli iştirak edib.
Görüş zamanı uşaqlar Aminlə söhbət edib, ona müxtəlif suallar ünvanlayıblar. Amin Seydiyev söhbət zamanı məktəblilərə öz məsləhətlərini verib.
Sonda şagirdlərə klubun müxtəlif atributları hədiyyə edilib.



