
"Sabah"ı "İmişli"yə dəyişdi - RƏSMİ
0
"İmişli" heyətini gənc və istedadlı sol cinah müdafiəçisi ilə gücləndirib.
Sportal.az xəbər verir ki, bölgə təmsilçisi Tuncay Yusifli ilə 2 illik müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
20 yaşlı futbolçu önümüzdəki 2 mövsümdə komandanın uğurları üçün meydanda mübarizə aparacaq.
Futbolçu "İmişli"yə “Sabah”ın əvəzedici komandasından transfer olunub.



