
"Sabah"dan Çempionlar Liqasında uğursuz debüt
0
Bu gün Azərbaycan basketbol klubu “Sabah” Çempionlar Liqasında debüt edib.
Sportal.az xəbər verir ki, Rimas Kurtinaytisın komandası B qrupunun ilk turunda Çexiyada yerli “Nymburk” klubu ilə qarşılaşıb.
"Nymburk" (Çexiya) – "Sabah" (Azərbaycan) – 93:65
(25:23, 20:11, 22:13, 26:18)
Praqa, “Kralovka Arena”
Qrupun digər oyununda Almaniyanın “Alba” və Fransanın “Elan Şalon” klubları sabah qarşılaşacaqlar.
İkinci turda isə Azərbaycan çempionu “Sabah” Bakıda alman klubunu qəbul edəcək. Oyun 15 oktyabrda keçiriləcək.



