"Sabah"da ciddi itki -    "Qəbələ"yə qarşı oynamayacaq

"Sabah"da ciddi itki - "Qəbələ"yə qarşı oynamayacaq

 
0

Bu gün Misli Premyer Liqasının 23-cü turunun son oyununda “Sabah” "Qəbələ" ilə qarşılaşacaq.

Sportal.az xəbər verir ki, hazırda çempionatda 1-ci pillədə yer alan “Sabah” bu görüşə ciddi itki ilə çıxacaq. Komandanın aparıcı üzvü Velko Simiç bu görüşdə iştirak edə bilməyəcək.

Ölkə kubokunun 1 /4 final mərhələsinin “Qəbələ”(3:3) ilə görüşündə zədələnən serb bu gün baş tutacaq matçı buraxacaq. Həmin görüşdə zədələnən “Qəbələ”nin futbolçusu Seydine Keytanın da bu matçda olmayacağı gözlənilir. Qeyd edək ki, “Sabah" - "Qəbələ" görüşü bu gün Masazırdakı "Bank Republika Arena"da keçiriləcək və oyuna 19:15-də start veriləcək.

PaylaşPaylaş

Şərhlər yüklənir...