“Sabah” Fransa klubuna məğlub oldu

“Sabah” Fransa klubuna məğlub oldu

 
0

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına çıxıb.

Sportal.az xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv Bakıda Fransa təmsilçisi “Elan Şalon”la üz-üzə gəlib. Milli Gimnastika Arenasında keçirilən B qrupunun matçında rəqib komanda 89:87 hesablı qələbəyə sevinib.

Bakı klubu daha əvvəl bu rəqibinə 71:84 hesabı ilə uduzub. “Sabah” həmçinin Çexiyanın “Nimburk” (65:93) və Almaniyanın “Alba” (76:85) komandalarına da məğlub olub.

PaylaşPaylaş

Şərhlər yüklənir...