Rza Cəfərovun yeni klubu dəqiqləşdi -    SON DƏQİQƏ

Rza Cəfərovun yeni klubu dəqiqləşdi - SON DƏQİQƏ

 
0

"Neftçi"nin qapıçısı Rza Cəfərov klubunu dəyişir. Sportal.az saytının əldə etdiyi məlumata görə, gənc qapıçı "Qəbələ"yə keçir.

"Qəbələ" onu mövsümün sonuna qədər icarəyə götürəcək. Cəfərovun "Neftçi"dən getməsinə səbəb davamlı oynamaq arzusunda olmasıdır.

Qeyd edək ki, Rza bu mövsüm "Neftçi"nin heyətində bir rəsmi oyuna belə çıxmayıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...