Ruben Amorimin yerinə təyin olunan baş məşqçi istefaya göndərildi

Ruben Amorimin yerinə təyin olunan baş məşqçi istefaya göndərildi

 
0

Portuqaliyanın "Sportinq" klubu baş məşqçi Joao Pereyra ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, 40 yaşlı mütəxəssis uğursuz nəticələrə görə istefaya göndərilib. Bu barədə "Record" nəşri məlumat yayıb.

Joao Pereyra 11 noyabr tarixində "Mançester Yunayted"ə gedən Ruben Amorimin yerinə "Sportinq"in baş məşqçisi təyin olunmuşdu. Lissabon təmsilçisi onun rəhbərliyi altında keçirdiyi 8 oyunda 3 qələbə qazanıb,  heç-heçə edib, 4 dəfə isə məğlub olub.

PaylaşPaylaş

Şərhlər yüklənir...