Ronaldoya yeni təklif -    daha 2 il "Əl-Nəsr"də

Ronaldoya yeni təklif - daha 2 il "Əl-Nəsr"də

 
0

Kriştiano Ronaldo "Əl-Nəsr"də daha iki mövsüm keçirə bilər. Səudiyyə Ərəbistanı klubu Portuqaliya millisinin 40 yaşlı hücumçusu ilə əməkdaşlığın uzadılmasında maraqlıdır.

Sportal.az xəbər verir ki, "Sportitalia"nın yaydığı məlumata görə, "Əl-Nəsr" artıq Ronaldoya müqaviləni iki il – 2027-ci ilin yayına qədər uzatmağı təklif edib.

Hazırkı müqavilə 2025-ci il iyunun 30-na qədər qüvvədədir.

Qeyd edək ki, Kriştiano bu mövsüm Səudiyyə Ərəbistanı çempionatında 25 oyunda 21 qol vurub və bombardirlər yarışına başçılıq edir.

PaylaşPaylaş

Şərhlər yüklənir...