
Ronaldo sentyabrdan bəri ilk dəfə qol vura bilmədi, "Əl-Nəsr" məğlub oldu
0
“Əl-Nəsr” hücumçusu Kriştiano Ronaldo “Əl-Əhli”yə qarşı oyunda fərqlənə bilmədi. Portuqaliyalının komandası Səudiyyə Liqası 13-cü turunda 2:3 hesabı ilə uduzub.
Sportal.az xəbər verir ki, 40 yaşlı hücumçu 14 sentyabrdan bəri çempionatda qol vura bilməyib. O vaxtdan etibarən ardıcıl 9 oyunda fərqlənmişdi.
Ronaldu 12 oyunda vurduğu 13 qol ilə hələ də liqanın bombardirlər siyahısında Joao Feliks ilə birinci yeri paylaşır. Kriştianonun komanda yoldaşı da 12 oyunda 13 qol vurub.



