"Real"ın sabiq kapitanı özünə komanda tapdı

"Real"ın sabiq kapitanı özünə komanda tapdı

 
0

İspaniya millisinin və "Real"ın sabiq kapitanı Serxio Ramos karyerasını bərpa edəcək.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, o, Meksikanın "Monterrey" klubunda oynayacaq.

Ramos illik 4 milyon avro gəlir əldə edəcək. 38 yaşlı futbolçu son olaraq "Sevilya"nın formasını geyinib.

O, karyerası ərzində “Sevilya”, “Real” və PSJ komandalarında oynayıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...