"Real"dan Antonio Rüdiger qərarı

"Real"dan Antonio Rüdiger qərarı

 
0

"Real" mövsümün sonunda müqaviləsi başa çatan Antonio Rüdigerlə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, La Liqa nəhəngi almaniyalı futbolçunu komandada saxlayacaq. Bu barədə "Marca" nəşri məlumat yayıb.

"Kral klubu" 33 yaşlı mərkəz müdafiəçisi ilə 1 illik yeni sözləşmə imzalamağı planlaşdırır.

Qeyd edək ki, Antonio Rüdiger 2022-ci ilin yayından "Real"da çıxış edir. Almaniya millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 18 rəsmi matçda 1 qol vurub.

PaylaşPaylaş

Şərhlər yüklənir...