
"Real"da ciddi itki - derbidə oynamayacaq
0
İspaniyanın "Real" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, "kral klubu"nun qapıçısı Tibo Kurtua sıradan çıxıb. Belçikalı qolkiper UEFA Çempionlar Liqası 1/8 final mərhələsinin "Mançester Siti" ilə cavab matçının fasiləsində əvəzlənib.
İspaniya mətbuatının yazdığına görə, 33 yaşlı qolkoper La Liqanın 29-cu turunun "Atletiko" ilə oyununda iştirak etməyəcək. Madrid derbisi 23 mart tarixində keçiriləcək.
Qeyd edək ki, Tibo Kurtua cari mövsümdə "Real"ın heyətində 41 rəsmi matçda meydana çıxıb və 39 qol buraxıb. O, 15 görüşdə qapısını toxunulmaz saxlamağı bacarıb.



