"Real" legionerini satmağa hazırdır

"Real" legionerini satmağa hazırdır

 
0

"Real" onları məmnun edən təklif alarsa, Eduardo Kamavinqa ilə bu yay yollarını ayırmağa hazırdır.

Sportal.az "Radio Marca"ya istinadən xəbər verir ki, "kral klubu" Fransa yığmasının üzvünü satmağı planlaşdırır.

23 yaşlı yarımmüdafiəçi mövsümü zədələrlə yadda qalıb: o, La Liqanın 20 oyunundan yalnız 12-sində start heyətində yer alıb.

Premyer Liqanın ən yaxşı klubları Kamavinqa ilə maraqlanır və “Real” onu ən azı 50 milyon avroya buraxacaq.

Kamavinqa “Renn”in yetirməsidir. O, 2021-ci ildə bu klubdan İspaniya nəhənginə keçmişdi. Futbolçunun “Real”la müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.

PaylaşPaylaş

Şərhlər yüklənir...