
"Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
0
Mövsümün ikinci yarısının hazırlığını davam etdirən "Qəbələ" bu gün ikinci yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, Kaxaber Tsxadadzenin rəhbərlik etdiyi kollektiv "Araz-Naxçıvan"la üz-üzə gəlib. Qarşılaşma "Qəbələ"nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə yeganə qolu 38-ci dəqiqədə Prins Ovusu vurub.
Qeyd edək ki, "Qəbələ" ilk hazırlıq matçında "Kəpəz"ə qalib gəlib (3:1). "Araz-Naxçıvan" isə klubun əvəzedici komandasını 7:0 hesabı ilə məğlub edib.



