
"Qaradağ Lökbatan" "Ağdaş"ı darmadağın etdi
0
Futbol üzrə Azərbaycan II Liqasında VII tura yekun vurulub.
Sportal.az xəbər verir ki, bu gün "Qaradağ Lökbatan" öz meydanında "Ağdaş"ı qəbul edib. Qarşılaşma ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 18-ə yüksəldən "Qaradağ Lökbatan" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 6 xalı olan "Ağdaş" isə 10-cu yerdədir.
"Qaradağ Lökbatan" - "Ağdaş" 4:0
Qollar: T.Nəsibov, 19 (pen), 37, H.Həsənov, 56, İ.Hüseynov, 80



