"Qarabağ"la matçda aldığı dəhşətli zədə futbolçunun "Leççe"yə transferinin qarşısını aldı"    - Bolqarıstan mətbuatı

"Qarabağ"la matçda aldığı dəhşətli zədə futbolçunun "Leççe"yə transferinin qarşısını aldı" - Bolqarıstan mətbuatı

 
0

Bolqarıstan mətbuatı "Ludoqorets"in ciddi zədələrdən sonra ən yaxşı keyfiyyətlərini itirən beş keçmiş və hazırkı oyunçusu haqda yazarkən, 2024-cü ilin yayında Bakıda Çempionlar Liqasının təsnifat mərhələsinin üçüncü turunun "Qarabağ"a qarşı ilk oyununda (2:1, cavab oyunu 2:7) ayağını sındıran qanalı cinah oyunçusu Bernard Tekpetekdən də bəhs edilib.

Sportal.az xəbər verir ki, "Mach Telegraf" Tekpetekin "Qarabağ"ın müdafiəçisi Kevin Medina ilə mübarizə zamanı sıradan çıxdığını da yazıb:

"Olivye Verdon haqda danışarkən dərhal Bernard Tekpeteyi qeyd etməliyik. O, sözügedən beş oyunçunun ən gəncidir - 28 yaşındadır. Lakin görünür, 2024-cü ilin yayında Azərbaycanda ayağı sındıqdan sonra müdafiəçiləri sıradan çıxan hücumçudan əsər-əlamət qalmayıb. "Qarabağ"la matçda aldığı bu dəhşətli zədə qanalı futbolçunun “Leççe”yə transferinin qarşısını aldı və eyni zamanda onun gələcək karyerasını Qərbi Avropada heç vaxt davam etdirə bilməyəcəyini möhürlədi".

Xatırladaq ki, yuxarıda qeyd olunan matçda Tekpetey Ağdam klubunun müdafiəçisi Kevin Medina ilə top uğrunda mübarizədən sonra hər iki tərəfdən ayağını sınmışdı.

PaylaşPaylaş

Şərhlər yüklənir...