
"Qarabağ"ın "Zirə", "Neftçi"nin "Sabah" qarşısında üstünlüyü
Bu həftə Misli Premyer Liqasında XIV tura start veriləcək. Dörd gün davam edəcək tur gələn həftə başa çatacaq.
Sportal.az Peşəkar Futbol Liqasına istinadən üz-üzə gələcək cütlərin ölkə çempionatları tarixindəki əvvəlki oyunlarının balansını təqdim edir.
Misli Premyer Liqası
XIV tur
6 dekabr (şənbə)
“Zirə” – “Qarabağ” – 40 oyun, +2=12-26, top fərqi 22-81
“Qarabağ” son 8 oyunda qol vurub. “Zirə”nin son 2 ev görüşündə 4 və ya daha çox qol qeydə alınıb.
7 dekabr (bazar)
“Karvan-Yevlax” – “Şamaxı” – 1 oyun, +0=0-1, top fərqi – 0-3
Yeganə qarşılaşmada böyükhesablı nəticə qeydə alınıb. “Şamaxı” qol buraxmayıb.
8 dekabr (bazar ertəsi)
“Qəbələ” – “Turan Tovuz” – 9 oyun, +2=3-4, top fərqi 12-10
“Turan Tovuz” son üç matçda qalib gəlib. “Qəbələ” son üç ev görüşündə qol vurub.
“Sabah” – “Neftçi” – 28 oyun, +8=7-13, top fərqi 22-34
“Sabah” son 9 matçda uduzmayıb. Son 11 qarşılaşmada ikidən çox qol olmayıb.
9 dekabr (çərşənbə axşamı)
“Araz-Naxçıvan” – “Kəpəz” – 13 oyun, +5=2-6, top fərqi 13-20
“Kəpəz” son 5 matçda qol vurmayıb. Bu görüşlərdə ikidən çox qol qeydə alınmayıb.
“Sumqayıt” – “İmişli” – 1 oyun, +1=0-0, top fərqi – 0-0
Komandalar arasında yeganə oyunda texniki nəticə qeydə alınıb. “Sumqayıt” səfərdə üç xal qazanıb.
* - texniki nəticə top fərqində nəzərə alınmayıb.



